Ukraynadan gedən kişilərin Avropadakı sayı məlum olub
Avropa İttifaqında müvəqqəti müdafiə statusu ilə yaşayan yetkin ukraynalı kişilərin sayı 1,2 milyonu ötüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, cari ilin sentyabr ayının sonuna Avropa İttifaqında Ukraynadan olan 4,37 milyon nəfər müvəqqəti müdafiə statusu ilə yaşayıb. Onların 27,9 faizini yetkin kişilər təşkil edib. Bu isə təxminən 1,22 milyon nəfər deməkdir.
Statistikaya Avropa İttifaqında adi yaşayış icazəsi ilə yaşayan, sonradan vətəndaşlıq alan və ya Aİ-yə daxil olmayan ölkələrdə məskunlaşan Ukrayna vətəndaşları daxil edilməyib.
Eurostatın məlumatına əsasən, 2025-ci ilin sonunda Aİ-də müxtəlif növ yaşayış icazələrinə malik daha 1,7 milyon Ukrayna vətəndaşı olub.
Qeyd edək ki, bu rəqəmlər yalnız müvəqqəti müdafiə statusu alan şəxsləri əhatə edir.
20:30 21.11.2026
Oxunuş sayı: 117