Dekabrda 9 gün iş olmayacaq
2026-cı ilin son ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları neçə günlük istirahətin gözlədiyi məlum olub.
Crossmedia.az xəbər verir ki, ayın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunduğundan həmin tarixdə iş olmayacaq.
Ayın digər qeyri-iş günləri isə həftəsonları ilə bağlıdır. Belə ki, dekabrın 5-i və 6-sı, 12-si və 13-ü, 19-u və 20-si, eləcə də 26-sı və 27-si şənbə və bazar günlərinə düşür.
Həmçinin dekabrın 30-da bayramqabağı günlə əlaqədar iş saatı bir saat qısaldılacaq.
Nəticədə, beşgünlük iş rejimində çalışanlar dekabr ərzində 22 gün işləyəcək, 9 gün isə istirahət edəcəklər.
Xatırladaq ki, növbəti ilin yanvar ayının 1-i və 2-si də Yeni il bayramı münasibətilə qeyri-iş günləridir.(Banker)
18:32 21.11.2026
Oxunuş sayı: 56