Rusiya səfirliyi “Google”ı siyasi senzurada ittiham edib
Rusiyanın ABŞ-dəkı səfirliyi “Google” şirkətini GFCN hesabını bloklamaqla siyasi senzura həyata keçirməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, səfirliyin bəyanatında şirkətin informasiya əldə etmək azadlığına sadiqliyi ilə bağlı açıqlamalarının GFCN hesabının bloklanması fonunda gülünc göründüyü bildirilib.
Diplomatik nümayəndəlik şirkətin bu qərarını siyasi motivləri gizlədilən özbaşına senzura aktı kimi qiymətləndirib.
Səfirlik hesabın bloklanmasının səbəbləri və qərarın hansı əsaslarla qəbul edildiyi barədə əlavə məlumat verməyib.
21:14 21.11.2026
Oxunuş sayı: 103