Helsinki Moskva və “Qazprom”a qarşı milyardlıq tələb irəli sürdü
Finlandiya beynəlxalq arbitraj məhkəmələrinin üç qərarına əsaslanaraq Rusiyadan və “Qazprom”dan ümumilikdə 25 milyard avrodan çox vəsaitin tutulmasına çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" telekanalı məlumat yayıb.
Məlumata görə, “Qazprom Eksport” şirkətinə qarşı 16,4 milyard avro məbləğində tələb irəli sürülüb. Bu iddia 2022-ci ildə Almaniyanın enerji şirkəti Uniper və digər Avropa istehlakçılarına qaz tədarükünün dayandırılması ilə əlaqədardır.
Bundan əlavə, Finlandiya digər iki məhkəmə işi üzrə birbaşa Rusiyadan təxminən 9,2 milyard avro tələb edir. İşlərdən biri “YUKOS” neft şirkəti, digəri isə Ukraynanın “Naftoqaz” şirkəti ilə bağlıdır.
Yle-nin məlumatına görə, Finlandiya hakimiyyəti tələb olunan vəsaitin böyük hissəsini əldə edə bilməyə bilər. Buna səbəb ölkədə həbs edilərək satışa çıxarıla biləcək Rusiya aktivlərinin kifayət qədər olmamasıdır.
Xatırladaq ki, sentyabrın 2-də Norveç hakimiyyəti məhkəmə qərarı əsasında Barensburqda yerləşən Rusiyaya məxsus “Professor Molçanov” elmi-tədqiqat gəmisini həbs edib. Bu addım “Naftoqaz” şirkətinin Rusiyadan Krımda itirilmiş aktivlərinə görə təxminən 4,22 milyard dolların tutulması tələbi ilə əlaqədar atılıb.
Bundan əvvəl Qazaxıstanın “Naftoqaz”ın “Qazprom”a qarşı iddiası üzrə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat yayılmışdı.
23:33 21.11.2026
Oxunuş sayı: 65