Yaxın Şərq

Kanal 12: “Netanyahu İrana üçüncü hücum ehtimalını müzakirə etmək üçün görüş keçirib”

İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabinetinin müşavirləri və nazirlərlə görüş keçirərək, ölkə ordusunun İrana üçüncü hücum ehtimalı ilə bağlı hazırlıq səviyyəsini müzakirə edib.
 
Crossmedia.az bu barədə “Kanal 12” telekanalı-na istinadən xəbər verir.

Görüş İran hökumətinin yaxın gələcəkdə İsrailin onun strateji obyektlərinə birbaşa hücumundan narahat olduğu bir şəraitdə keçirilib.

Qeyd olunub ki, Tramp administrasiyasının fəaliyyətə başlamasından sonra İrana qarşı sərt siyasəti barədə də danışıqlar aparılıb. 
 
 
 
 

12:00 10.01.2025

Oxunuş sayı: 3351

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR