Gündəm

Milli Məclisin sədri gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanda baş vermiş yanğında beş uşağın həlak olması ilə əlaqədar Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Crossmedia.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

“Gürcüstanın Qali rayonunun Saberio kəndində baş vermiş yanğında beş uşağın həlak olması xəbəri bizi olduqca kədərləndirdi. Bu faciə ilə bağlı acınızı paylaşır, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verirəm”, - məktubda deyilib.

14:02 09.01.2025

Oxunuş sayı: 5225

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR