Prezidentin hər müsahibəsi mühüm çağırışlarla zəngindir
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə ötən ilin yekunlarının qiymətləndirilməsi və yeni ilin hədəflərinin açıqlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının ölkənin iqtisadi tərəqqisi, sosial rifahı və beynəlxalq siyasətinə dair verdiyi vacib mesajlar geniş rezonans doğurub. Dövlət başçısının ölkənin daxili və xarici siyasətinə dair səsləndirdiyi mesajlar ciddi müzakirə olunur.
Ölkə liderinin müsahibəsində səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov onun müsahibələrinin cəmiyyət qarşısında bir növ fəaliyyət hesabatı xarakteri daşıdığını vurğulayıb. Deputat bildirib ki, Prezident bu müsahibələrlə vətəndaşların ölkədə baş verənlər barədə birbaşa Azərbaycan rəhbərliyindən məlumat almasına şərait yaradır:"Cənab Prezident dövlətimizin qarşısında duran hədəflər və problemlərin həlli yolları ilə bağlı çox vacib açıqlamalar verib. Hər ilin əvvəlində açıqlanan hədəflərin ilin sonunda reallaşdığına şahid oluruq".
M.Cəfərov əlavə edib ki, dövlət başçısının ənənəvi müsahibələri həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də yeni ilin hədəf və strategiyalarını müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır: “Yanvarın 7-də baş tutan son müsahibədə də diqqət iqtisadi tərəqqi, sosial rifah, şəffaflıq və xarici sərmayələrin cəlb edilməsinə yönəlib. Prezident İlham Əliyevin hər çıxışında beynəlxalq arenada Azərbaycanın reytinqini yüksəldən mühüm mesajlar verdiyini qeyd edib. Azərbaycanın xarici siyasətində əməkdaşlıq formatlarının genişlənməsini və ölkəmizin D-8 təşkilatına üzv qəbul edilməsini ötən ilin əsas diplomatik uğurları sırasındadır”.
Parlamentari prezidentin müsahibəsini həm daxili inkişaf, həm də regionun gələcəyi üçün mühüm çağırışlarla zəngin bir sənəd kimi qiymətləndirib.
Nihat Tahirov
12:18 09.01.2025
Oxunuş sayı: 5524