CROSSMEDIA - Pezeşkian: “Tehranın inkişaf etmək imkanı yoxdur”
Yaxın Şərq

Pezeşkian: “Tehranın inkişaf etmək imkanı yoxdur”

İran prezidenti ölkənin hazırkı paytaxtının vəziyyətini açıqlayıb.

Crossmedia.az ISNA-ya istinadən xəbər verir ki, dünən ölkənin müxtəlif və çoxsaylı problemlərinə toxunan İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının indiki inkişafının yanlış gedişatının tez bir zamanda düzgün proseslə əvəz edilməsinin vacibliyini bildirərək deyib:

“Biz ölkənin akademik kadrlarından bu istiqamətdə ən uğurlu yardımı istəməliyik”.

İran prezidentinin sözlərinə görə, Tehranın artıq inkişaf etmək imkanı yoxdur. Eyni zamanda, ölkədə orta hesabla elektrik enerjisi və qaz istehlakı çox yüksəkdir.

İranda müəllimlərin vəziyyətindən də söz açan Pezeşkian bildirib: “Çalışacağıq ki, müəllimlərin yaşayış problemlərini, xüsusilə də mənzil məsələsini həll edək”. 

08:15 09.01.2025

Oxunuş sayı: 4878

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR