Gündəm

Ötən ildə İrəvan ilə Bakı arasında münasibətlərin normallaşmasında irəliləyiş qeydə alınıb

İrəvan və Bakı 2024-cü ildə münasibətlərin normallaşmasında irəliləyiş olub.

Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan yanvarın 8-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Ötən il Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Biz delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında ilk beynəlxalq-hüquqi sənədi imzalaya bildik", - A.Mirzоyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında delimitasiya işlərinin davam etdirilməsi barədə razılıq var: "Yanvarda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə delimitasiya komissiyalarının görüşü barədə razılıq var”.

XİN başçısı həmçinin deyib ki, İrəvan sülh sazişi layihəsi üzrə növbəti təkliflərə Bakının cavabını gözləyir: "Sazişin 17 bəndindən 15-i üzrə razılıq var".


18:06 08.01.2025

Oxunuş sayı: 5264

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR