Yaxın Şərq

Pezeşkiandan xəbərdarlıq

Pezeşkian Əs-Sudani ilə görüşdə  Suriyada terrorçu hücrələrin aktivləşməsi ilə bağlı xəbərdarlıq edib.

Tehranda səfərdə olan İraqın Baş naziri Məhəmməd Şia Əs-Sudani İran prezidenti Məsud Pezeşkianla görüşündə Suriyanın ərazi bütövlüyünü dəstəkləyib və bu ölkəyə xarici müdaxilənin dayandırılmasını vurğulayıb.

Crossmedia.az “İRNA”-nın  məlumatına istinadən xəbər verir ki, görüşdə Pezeşkian Suriyada “terrorçu hüceyrələrin yenidən aktivləşməsi” ehtimalı ilə bağlı xəbərdarlıq edərək, Tehran və Bağdadın Suriyadakı hadisələrlə bağlı “ortaq narahatçılığa” malik olduqlarını bildirib.

İraqın Baş naziri Əs-Sudani  Suriyadakı proseslərə toxunaraq deyib: "Suriyada sülhün bərqərar olması regionda sabitliyin açarıdır.  Bütün tərəfləri Suriyada ölkənin suverenliyini və ərazi bütövlüyünü qoruyan və xarici müdaxiləni dayandıran həll you olan hərtərəfli siyasi həllə nail olmağa dəvət edirik". 

16:15 08.01.2025

Oxunuş sayı: 4482

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR