Gündəm

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfər edib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Azərbaycana səfər edib. 

Crossmedia.az "ILNA"ya istinadən xəbər verir ki, Əhmədiyan Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini möhkəmləndirmək məqsədi ilə Azərbaycana səfərə gəlib.

Bildirilib ki, Əhmədiyan, həmkarları ilə görüşdükdən sonra Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, İrəvanda isə Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb danışıqlar aparacaq.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibinin Azərbaycandan sonra Ermənstana səfər edəcəyi qeyd olunub.

09:21 08.01.2025

Oxunuş sayı: 4157

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR