Tramp: İstəsək, bütün İranı ələ keçirə bilərik!
ABŞ Prezidenti Donald Tramp Ukraynanın “Starlink” peyk internet sisteminə çıxışı, İranla bağlı vəziyyət və Kanada ilə münasibətlər barədə açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, Tramp Ukraynanın “Starlink” xidmətindən istifadəsində mümkün problemlərə şəxsən müdaxilə edə biləcəyini bildirib.
“Mən İlon Maskla danışmamışam. Ola bilsin, onunla danışmalı olum, amma hələlik bunu etməmişəm. Problem həll olunmasa, onunla danışacağam. Eşitdiyimə görə, artıq hər şey qaydasına salınıb”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp İranla bağlı vəziyyətə də toxunaraq Vaşinqtonun hərbi və iqtisadi imkanlarından danışıb.
“Məsələ ondadır ki, biz buna birdəfəlik son qoymaq istəyirik, yoxsa onun tədricən zəifləməsinə imkan verəcəyik? İstədiyimiz hər şeyi əldə edirik. İstəsəydik, sadəcə bütün nefti ələ keçirə bilərdik. Bütün ölkəni nəzarətə götürə bilərdik. Bildiyiniz kimi, Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir”, – deyə Tramp iddia edib.
ABŞ Prezidenti ölkədaxili siyasi qarşıdurmalara da münasibət bildirib.
Onun sözlərinə görə, siyasi dalan yaranacağı təqdirdə bütün qərarlara veto qoyacaq və demokratları danışıqlara məcbur edəcək.
Kanada ilə münasibətlərdən danışan Tramp isə ABŞ-ın üstün mövqedə olduğunu bildirib.
“Bunu demək mənə xoş deyil, amma bütün üstünlüklər bizim əlimizdədir. Mən Zelenskiyə də məhz bunu demişdim: bütün kozırlar bizim əlimizdədir”, – deyə o qeyd edib.
“Starlink”lə bağlı açıqlamalar Ukraynanın peyk rabitəsinə çıxışında yaranmış məhdudiyyətlər fonunda səslənib. “Reuters”in oktyabrın 23-də yaydığı məlumata görə, sistemin fəaliyyəti qismən bərpa olunsa da, Ukrayna rəsmiləri bəzi məhdudiyyətlərin davam etdiyini bildiriblər.
19:10 23.10.2026
Oxunuş sayı: 61