Hava limanları 21 yanvara qədər bağlı qalacaq
Suriyanın Latakiya və Əl-Qamışlı hava limanları 21 yanvaradək təyyarələrin qəbul və göndərilməsi üçün bağlı qalacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Dəməşq uçuş məlumat zonası nəzarət xidməti TASS-a bildirib.
Qadağa, Suriyada 8 dekabr 2024-cü ildə hakimiyyətin dəyişməsindən sonra tətbiq edilmişdi və əvvəlcə 6 yanvar tarixinə qədər qüvvədə olmalı idi. Latakiya hava limanında uçuş-enmə zolağının uzaq marker mayakının tezliyi dəyişdirilib, bəzi taksi yolları isə yalnız gündüz istismara yararlıdır.
Bundan əlavə, Dəməşq hava limanının 7 yanvardan etibarən beynəlxalq uçuşları qəbul edəcəyi, Hələb hava limanının isə xüsusi icazə ilə fəaliyyət göstərəcəyi bildirilib.
Emil Bağızadə
17:35 06.01.2025
Oxunuş sayı: 4414