Tramp: Zelenski ABŞ-yə və dünyaya problem yaradır
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini ABŞ-yə və bütün dünyaya problem yaratmağa çalışmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Trampın jurnalistlərlə söhbətinin “DWS News” telekanalının “YouTube” kanalında yayımlanan videogörüntülərində bildirilib.
“Zelenski dünyaya problem yaratmaq istəyir. O, dizel yanacağı məsələsinə görə fermerlərimizə də problem yaratmaq istəyir. Çünki Rusiya dünya üzrə dizel yanacağının əhəmiyyətli hissəsini tədarük edir”, – deyə Tramp bildirib.
21:31 10.10.2026
Oxunuş sayı: 52