Tramp: Ukrayna yeni lider seçməlidir
ABŞ prezidenti Donald Tramp Ukraynanın yeni lider seçməli olduğunu bildirib. O, Ukrayna prezidenti Volodimir Zelenskini münaqişəni başa çatdırmaq üçün dəfələrlə imkan əldə etsə də, bundan istifadə etməməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Trampın sözlərinə görə, Zelenski münaqişəyə dəfələrlə son qoya bilərdi, lakin bunu etməməyi üstün tutub.
Qeyd edək ki, oktyabr ayında Rusiya prezidenti Vladimir Putin Trampın Ukrayna ilə bağlı təkliflərini anlayışla qarşılayıb. Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, iki lider arasında telefon danışığının böyük hissəsi Trampın təşəbbüsü ilə münaqişənin gərginliyinin azaldılması məsələsinə həsr olunub.
21:05 10.10.2026
Oxunuş sayı: 64