Yaşayış binasına dron hücumu: Dörd nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələrinin növbəti hücumları nəticəsində dörd nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin əməliyyat qərargahının “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, Oktyabrski qəsəbəsində çoxmənzilli yaşayış binasına FPV dronla hücum zamanı bir kişi qəlpə yaraları alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
20:57 10.10.2026
Oxunuş sayı: 66