Yaxın Şərq

İran XİN-dən önəmli açıqlama: Tehran danışıqlara hazırdır

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün konstruktiv danışıqlara hazır olduğunu bildirib.

Crossmedia.az xəbər verir ki, Abbas Əraqçi ötən günü Çinin CCTV telekanalına eksklüziv müsahibəsi zamanı Tehranın yeni danışıqlara hazır olduğunu bildirib.

“Danışıqlar “razılaşmaya” yönəlməlidir. Biz gecikmədən konstruktiv danışıqlara getməyə hazırıq.  Bizdə mövcud olan düstur, sanksiyaların aradan qaldırılması müqabilində İranın nüvə proqramı ilə bağlı etimadı artıran əvvəlki JCPOA düsturu ilə eynidir. 2 ildən artıqdır ki, biz 5+1 ölkələri ilə vicdanla danışıqlar apardıq və nəhayət, bütün dünyanın diplomatiyanın nailiyyəti kimi qəbul etdiyi və təqdir etdiyi razılığa nail ola bildik” - deyə o qeyd edib.

Əraqçi deyib ki, İran nüvə sazişini xoş niyyətlə həyata keçirib, lakin heç bir səbəb və əsas olmadan ondan çıxmaq qərarına gələn ABŞ olub.

“ABŞ-in JCPOA-dan çıxması çox böyük strateji səhv idi və İran tərəfindən reaksiya ilə qarşılandı. Daha sonra ABŞ sanksiyalarını genişləndirdi”, - deyə o bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri ilə danışıqların bir raundu keçirilib və yaxın iki həftə ərzində bu danışıqların ikinci mərhələsi üç Avropa ölkəsi ilə aparılacaq.

Bundan əlavə, Əraqçi vurğulayıb ki, qarşıdan gələn Tramp administrasiyası öz siyasətini formalaşdıranda “biz buna əsaslanaraq qərar qəbul edəcəyik”.

İran və avropalılar 2018-ci ildən, ABŞ-in keçmiş prezidenti Donald Tramp dövründə qeyri-qanuni və birtərəfli qaydada İran və dünya gücləri arasında tarixi nüvə sazişini tərk etdikdən sonra, Vaşinqtonun İslam Respublikasına qarşı qeyri-qanuni sanksiyalarını geri qaytardıqdan sonra təkrar-təkrar danışıqlar aparır.

Bundan sonra üçlük Vaşinqtonu müqaviləyə qaytarmaq vədini yerinə yetirə bilməyib.

Qarşı tərəfin öhdəliklərinə sadiq qalmamasına reaksiya verən Tehran, daha təkmil sentrifuqların işə salınması da daxil olmaqla, cavab kimi nüvə zənginləşdirilməsi  artırmağa başlayıb. Digər tərəflərin öhdəliklərini yerinə yetirməkdən imtina etməsinə cavab olaraq ölkə tədbirləri gücləndirir.

Bu ilin əvvəlində Avropa dövlətləri ABŞ-in təklif etdiyi anti-İran qətnaməsini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasına göndərib və şura tərəfindən bəyənilib.

İranın xarici işlər naziri müsahibəsində əlavə olaraq deyib: “Müqavimətin gələcəyi parlaqdır və Hizbullah sistematik şəkildə özünü yenidən qurur”.

“İran HƏMAS və fələstinlilərin təkbaşına əldə etdiyi hər hansı razılaşmanı dəstəkləyəcək”, o qeyd edib.

Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra yaranmış vəziyyətlə bağlı Əraqçi deyib ki, onlar Suriya ilə bağlı xarici dəyişikliklərə, sözlərə və şüarlara əsaslanaraq qərarlar qəbul etməyəcək:

“Biz gözləyirik ki, keçid hökuməti region və digər ölkələrlə bağlı siyasətini açıqlayıb, kifayət qədər sabitlik əldə etsin və bundan sonra davranışa əsaslanaraq qərarlar verəcəyik”. 

17:10 04.01.2025

Oxunuş sayı: 4584

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR