CROSSMEDIA - Ukrayna prezidentinin sabiq müşaviri İlham Əliyev haqqında danışdı: Ondan öyrənməliyik
Gündəm

Ukrayna prezidentinin sabiq müşaviri İlham Əliyev haqqında danışdı: Ondan öyrənməliyik

"Azərbaycan prezidenti İlham Əliyevin Rusiya siyasəti və onun Rusiya ilə münasibətləri necə qurması bütün postsovet məkanı və başda Ukrayna üçün nümunədir. Azərbaycan heç bir zaman Rusiyanın müttəfiqi olmayıb". 

Crossmedia.az xəbər verir ki, bu sözləri Ukrayna prezidentinin sabiq müşaviri Aleksey Arestoviç deyib.

O bildirib ki, Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyədir. Əsas texnoloji və hərbi tərəfdaşları İsrail və Türkiyədir. Əsas sərmayədarı Britaniyadır. Bu ölkələrin hər biri Qərbə bağlıdır. Üstəlik Azərbaycan enerji sektorunda Rusiyanın iştirakı sıfıra bərabərdir. Azərbaycan bunu NATO və ya Aİ-yə üzvlük iddiası olmadan edib. 

Sabiq müşavir Azərbaycanın Rusiya siyasətini öyrənməli olduqlarını qeyd edib:

"Prezident İlham Əliyev Rusiya ilə münasibətləri qorumaqla həm də Rusiyanı özünə ehtiyaclı etməklə münaqiyə son qoyan və bütün postsovet məkanı üçün həqiqətən də inanılmaz siyasət həyata keçirmiş liderdir. Azərbaycanın Rusiya siyasətini öyrənməliyik".

 

 

12:08 04.01.2025

Oxunuş sayı: 6727

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR