Lavrov Qərbi sərt ittiham etdi
Rusiya xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə görə kollektiv Qərb ölkələrini məsuliyyət daşımaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Lavrov bu fikirləri Şərqi Timorun xarici işlər naziri Benditu Freitaşla danışıqların yekunlarına dair keçirdiyi mətbuat konfransında səsləndirib.
Nazir Əfqanıstan üzrə Moskva formatında iştirak edən ölkələrin Qərb dövlətlərinin regiona müdaxiləsinin “çox ciddi və ağır nəticələri” ilə üzləşdiyini bildirib.
Qeyd edək ki, 2021-ci ilin avqustunun əvvəlində “Taliban” Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumu gücləndirib. Hərəkat avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin başa çatdığını elan edib.
Bundan sonra Qərb ölkələrinin və onların əməkdaşlarının ölkədən təxliyəsi həyata keçirilib. Avqustun 31-nə keçən gecə ABŞ hərbçilərinin Kabil hava limanından çıxması ilə Vaşinqtonun Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyulub.
Lavrov daha əvvəl Rusiyanın Əfqanıstanda NATO infrastrukturunun yerləşdirilməsini qəbul etmədiyini bildirib.
14:54 06.10.2026
Oxunuş sayı: 51