Tokiodan Moskva ilə bağlı açıqlama: Ərazi məsələsini həll edəcəyik
Yaponiya Rusiya ilə sülh müqaviləsinin bağlanması üçün ərazi məsələsinin həllinə yönəlmiş kursunu davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Yaponiyanın Baş naziri Sanae Takaichi parlamentdə çıxışı zamanı hökumətin bu istiqamətdə siyasətini davam etdirəcəyini bildirib.
“Biz ərazi məsələsinin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş hökumət kursuna sadiq qalacağıq”, - deyə Takaichi vurğulayıb.
Baş nazir əlavə edib ki, Yaponiyanın “şimal əraziləri” adlandırdığı Cənubi Kuril adaları Tokio tərəfindən “tarixi baxımdan və beynəlxalq hüquq baxımından” Yaponiyaya məxsus ərazilər hesab olunur.
Qeyd edək ki, Yaponiya oktyabrın 2-də Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq edib. Yeni sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxsin, həmçinin Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən 4 şirkətin daxil ediləcəyi açıqlanıb.
11:03 05.10.2026
Oxunuş sayı: 51