Yupiterdən 12 dəfə ağır planet aşkarlandı
Astronomlar Yer kürəsindən nisbətən yaxın məsafədə yerləşən və kütləsi Yupiterdən təxminən 12 dəfə böyük olan qaz nəhəngi planet müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, planet Günəşdən 1,75 dəfə daha kütləli olan gənc ulduzun ətrafında dövr edən üç planetdən biridir.
Qaz nəhənginin Yer kürəsindən məsafəsi bir neçə işıq ili təşkil edir. Astronomik miqyasda bu, nisbətən qısa məsafə hesab olunur.
Sistem gənc ulduzun ətrafında formalaşan planetlərin quruluşunu və onların yaranma proseslərini araşdırmaq üçün mühüm imkan yaradır.
04:29 05.10.2026
Oxunuş sayı: 56