Stray Kids də 2027 Qremmi mərasimini boykot edir
Dünyanın ən məşhur K-pop qruplarından biri olan Stray Kids 2027-ci il “Grammy” mükafatlandırma mərasimini boykot edən BTS-ə qoşulub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Qərarın “Grammy” mükafatlarında Asiya pop musiqisi üçün yeni kateqoriyanın yaradılmasından sonra verildiyi bildirilir. Yeni kateqoriyanın K-pop və J-pop kimi janrları ayrıca bölməyə salaraq musiqi sənayesində təcrid edə biləcəyindən narahatlıq ifadə olunur.
Tənqidçilər hesab edirlər ki, Asiya pop musiqisi üçün ayrıca kateqoriyanın yaradılması bu janrların digər pop musiqisi nümunələrindən fərqləndirilməsinə və onların “kənarlaşdırılmasına” səbəb ola bilər.
03:24 05.10.2026
Oxunuş sayı: 67