UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.
Crossmedia.az xəbər verir ki,, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib.
Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.
Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.
Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.
18:08
UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.
9-cu dəqiqədə meydan sahiblərindən Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.
14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.
17:52
UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Crossmedia.az xəbər verir ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.
9-cu dəqiqədə meydan sahiblərindən Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.
14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.
17:21
UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda ikinci qol vurulub.
Crossmedia.az xəbər verir ki, Azərbaycan millisi hesabı bərabərləşdirib - 1:1.
14-cü dəqiqədə Mahir Emreli fərqlənib.
17:04
UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyunu start götürüb.
Crossmedia.az xəbər verir ki, qarşılaşma Darius və Girenas stadionunda keçirilir.
D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edir.
Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.
18:56 27.09.2026
Oxunuş sayı: 67