CROSSMEDIA - Seçkilərdə “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti gələn həftə bitir
Gündəm

Seçkilərdə “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti gələn həftə bitir

Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu müddəti gələn həftə başa çatır.

Crossmedia.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermə gününə ən azı 20 gün
qalanadək müraciət etməlidirlər.

Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

07:04 03.01.2025

Oxunuş sayı: 6399

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR