Seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Siyahıda bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün 3 min 730-u açıq, 2 min 182-si qapalı olmaqla, ümumilikdə 5 min 912 yerin ayrıldığı göstərilib.
Vətəndaşlar siyahı ilə MSK-nın saytında tanış ola bilərlər.
06:13 03.01.2025
Oxunuş sayı: 3814