CROSSMEDIA - Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib
Gündəm

Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.

Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən bildirilib.

Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

14:05 02.01.2025

Oxunuş sayı: 5763

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR