Azərbaycan Gürcüstanda IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur
Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanın Tbilisi şəhərində keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda (WFER IX) iştirak edir.
Crossmedia.az agentliyə istinadən xəbər verir ki, Forum Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasının (GNERC) təşkilatçılığı və Enerji Tənzimləyicilərinin Beynəlxalq Konfederasiyasının (ICER) dəstəyi ilə sentyabrın 21-24-də baş tutur.
Bildirilib ki, "Balans əldə edildikdə" ("When Balance is Achieved") şüarı altında təşkil olunmuş tədbir dünyanın müxtəlif ölkələrindən enerji tənzimləyici qurumların, aparıcı enerji şirkətlərinin və regional assosiasiyaların rəhbər şəxslərini və nümayəndələrini, eləcə də tədqiqatçıları bir araya gətirib.
Forumun əsas məqsədi bilik və təcrübə mübadiləsi aparmaq, enerji tənzimlənməsi sahəsində meydana çıxan yeni çağırışlara qoşulmaq, innovativ yanaşmaları araşdırmaq və bu sahədə gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.
Tədbir çərçivəsində təşkil olunan sessiyalarda innovasiyalar və enerji keçidi, səmərəli tənzimləmə vasitələri, yanacaq dəyər zəncirinin tənzimlənməsi, regional enerji bazarlarının inteqrasiyası, infrastruktur investisiyaları və şəbəkənin çevikliyi, istehlakçıların hüquqlarının qorunması, elektrifikasiyası mümkün olmayan enerji tələbatının karbonsuzlaşdırılması kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılır.
13:33 23.09.2026
Oxunuş sayı: 40