CROSSMEDIA - Azərbaycan Monteneqroya başsağlığı verdi
Gündəm

Azərbaycan Monteneqroya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.

Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

"Monteneqronun Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirir.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", -paylaşımda qeyd edilib.

11:42 02.01.2025

Oxunuş sayı: 5159

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR