Bakıda DƏHŞƏTLİ QƏZA: Piyada yox, sürücü öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil qarşısına çıxan piyadanı vurub.
Qəza zamanı sürücünün halı pisləşib və o, sükan arxasında dünyasını dəyişib. İlkin məlumata görə, sürücünün ürək tutmasından öldüyü bildirilir.
Piyada isə yüngül xəsarət alıb.
12:15 23.09.2026
Oxunuş sayı: 57