Ukrayna müharibəsi III Dünya müharibəsinə səbəb ola bilər
Fransanın “Milli Birlik” partiyasının lideri Marin Le Pen Ukraynadakı münaqişənin NATO-nun birbaşa müdaxiləsi halında III Dünya müharibəsinə səbəb ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Digi24” bu barədə məlumat yayıb. Le Penin sözlərinə görə, alternativ ssenaridə münaqişə 100 il davam edən müharibəyə çevrilə bilər. O, bunun qarşısını almaq üçün müxtəlif ölkələrin iştirakı ilə yüksək səviyyəli konfrans keçirilməsini və münaqişənin həlli yollarının müzakirə olunmasını təklif edib.
Le Pen Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsən danışmaq istədiyini də bildirib. Onun fikrincə, mümkün danışıqlar prosesinə Almaniya, Polşa və Türkiyə də cəlb olunmalıdır.
22:50 17.09.2026
Oxunuş sayı: 55