Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb
Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib.
Crossmedia.az xəbər verir ki,hadisə Cəlilabad-Uzuntəpə yolunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində su yolun hərəkət hissəsinə axıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
20:02 17.09.2026
Oxunuş sayı: 47