Rusiya: NATO ilə hibrid müharibə ənənəvi münaqişəyə çevrilə bilər
Rusiya ilə NATO arasında hibrid müharibənin ənənəvi silahlı münaqişəyə çevrilməsi riski var.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Dmitri Polyanski bildirib ki, son bir ay yarım ərzində NATO və Avropa İttifaqı Rusiyaya qarşı hibrid müharibənin ənənəvi müharibəyə çevrilməsi riskini artıran yeni addımlar atıb.
Polyanski ATƏT iclasında iştirak edən xarici həmkarlarını bu ssenarinin qaçılmazlığına öz ölkələrinin hazır olub-olmadığı barədə düşünməyə çağırıb. O, həmçinin belə bir münaqişənin qarşısının alınması yollarının nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib. Putinin sözlərinə görə, belə bir addım Rusiya ilə müharibə demək olardı.
19:43 17.09.2026
Oxunuş sayı: 48