Azərbaycan U-18 millisi seleksiya məqsədilə təlim-məşq toplanışı keçirəcək
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya məqsədilə sentyabrın 21-dən 23-dək Bayıl Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçirəcək.
Crossmedia.az xəbər verir ki,bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Toplanış çərçivəsində gənc futbolçuların hazırlıq səviyyəsi və potensialı dəyərləndiriləcək.
18:06 17.09.2026
Oxunuş sayı: 43