İrlandiya “Avroviziya-2027”dən imtina etdi
İrlandiyanın ictimai yayım şirkəti RTÉ Qəzza zolağında davam edən humanitar böhranı əsas gətirərək bu il keçiriləcək “Avroviziya-2027” mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
RTÉ həmçinin müsabiqəni İrlandiya ərazisində yayımlamayacağını bildirib. Şirkətin açıqlamasında qeyd olunub ki, Qəzzada ağır itkilərin yaşandığı və müstəqil jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin qoyulduğu bir şəraitdə İrlandiyanın müsabiqədə iştirakı uyğun hesab edilmir.
RTÉ ötən il Vyanada keçirilən “Avroviziya-2026”da da iştirak etməyib. Həmin vaxt İrlandiyanın qərarını İspaniya, Sloveniya, İslandiya və Niderlandın yayım şirkətləri də dəstəkləyib.
Bundan əvvəl Avropa Yayım İttifaqı Qazaxıstanın “Avroviziya”da iştirak üçün müraciətini rədd edib. Qurumun açıqlamasına görə, Qazaxıstan Avropa yayım zonasından kənarda yerləşir, Avropa Şurasının üzvü deyil və təşkilatda müşahidəçi statusuna malik deyil.
19:26 17.09.2026
Oxunuş sayı: 44