Həftəsonu çox yatmaq yuxusuzluğun təsirlərini tam aradan qaldırmıya bilər
Həftə ərzində kifayət qədər yatmayan insanların həftəsonu daha çox yatması yorğunluğu müəyyən qədər azalda bilər, lakin bu vərdiş yuxu rejimini poza bilər.
Crossmedia.az xəbər verir ki, mütəxəssislərin fikrincə, böyüklərə adətən gecə 7–9 saat, yeniyetmələrə isə 8–10 saat yuxu tövsiyə olunur.
Həftəsonu uzun müddət yatmaq orqanizmin yuxuya olan ehtiyacını azaldaraq axşam daha gec yuxulamağa səbəb ola və bioloji saatın ritmini poza bilər.
Yuxu psixoloqu Melynda Casement bildirir ki, hər həftə yuxu rejiminin bu şəkildə dəyişməsi insan orqanizmi üçün sanki hər həftə vaxt qurşağını dəyişmək kimidir. Beləliklə, bazar günü gec yatmaq bazar ertəsi səhər erkən oyanarkən yenidən yuxu çatışmazlığına gətirib çıxara bilər.
03:36 17.09.2026
Oxunuş sayı: 67