Kosmos iqtisadiyyatına özəl investisiyalar rekord həddə çatıb
Kosmos iqtisadiyyatı sürətlə böyüyərək innovasiya, yeni xidmətlər və dövlət siyasəti üçün mühüm sənaye sahəsinə çevrilir. OECD və Avropa Kosmik Agentliyinin 2026-cı il hesabatlarına görə, 2025-ci ildə qlobal kosmos iqtisadiyyatının gəlirləri təxminən 550–600 milyard dollar, aşağı istiqamətli kosmos bazarının həcmi isə 490 milyard avro olub.
Crossmedia.az xəbər verir ki, 2025-ci ildə orbitə çıxarılan peyklərin 88 faizi özəl operatorlara məxsus olub. Bu göstərici 2010-cu ildə cəmi 23 faiz təşkil edirdi. Ötən il buraxılan peyklərin 82 faizini isə telekommunikasiya peykləri təşkil edib.
2025-ci ilin sonuna Yer orbitində 14 mindən çox fəaliyyət göstərən peyk olub, 2026-cı ilin ortalarında isə bu rəqəm 15 minə yaxınlaşıb. OECD-nin məlumatına görə, gələcəkdə orbitə çıxarılması nəzərdə tutulan peyklərin sayı 2 milyondan çoxdur, lakin onların yalnız bir hissəsinin reallaşacağı gözlənilir.
Kosmos sektoruna özəl investisiyalar da 2025-ci ildə əhəmiyyətli dərəcədə artaraq 11–13 milyard dollar səviyyəsinə çatıb. ESA-nın məlumatına görə, qlobal özəl investisiyaların artımında ABŞ əsas rol oynayıb və ölkədə investisiyalar 177 faiz yüksəlib.
02:23 17.09.2026
Oxunuş sayı: 51