Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək
Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, buna səbəb 110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləridir.
Nəticədə 17 sentyabr saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd, Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.
22:36 16.09.2026
Oxunuş sayı: 52