Livan Misirin 37 tarixi əsərini geri qaytarıb
Livan Misirdən qanunsuz yollarla çıxarılaraq ölkəyə gətirilmiş 37 qədim artefaktı Misirə qaytarıb.
Crossmedia.az xəbər verir ki, əsərlər 2020-ci ildə Beyrut limanında müsadirə edilib və aparılan araşdırmadan sonra onların Misirə məxsus olduğu müəyyənləşdirilib.
Qaytarılma mərasimi Beyrut Milli Muzeyində keçirilib və artefaktlar Livanın mədəniyyət naziri Qassan Səlame tərəfindən Misirin Livandakı səfiri Alaa Musaya təqdim olunub.
37 əsər arasında rəngli naxışlarla bəzədilmiş iki taxta tabut, maskalar, taxta kuklalar, kopt toxuculuq nümunələri və heykəllər yer alır. Əsərlərin Misirə qaytarılması mədəni sərvətlərin qanunsuz ticarətinin qarşısının alınmasına dair 1970-ci il UNESCO konvensiyası çərçivəsində həyata keçirilib.
00:34 17.09.2026
Oxunuş sayı: 40