Ramiz Mehdiyevin işi üzrə məhkəmə başlayır
Azərbaycan Respublikası Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Crossmedia.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Murad Aslanovun icraatındadır. Məhkəmənin hazırlıq iclası sentyabrın 21-nə təyin edilib.
Cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən aparılıb.
Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
22:59 14.09.2026
Oxunuş sayı: 56