Marselo Qalyardo Ekvador millisinin baş məşqçisi təyin olunub
Ekvador milli futbol komandasının baş məşqçisi vəzifəsinə 50 yaşlı argentinalı mütəxəssis Marselo Qalyardo təyin olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyası sosial media hesabında məlumat yayıb. Federasiya Qalyardo ilə razılıq əldə olunduğunu açıqlayıb.
Qalyardo daha əvvəl Uruqvayın “Nacional” və Səudiyyə Ərəbistanının “Al-Ittihad” klublarını çalışdırıb. Argentinalı mütəxəssisin son iş yeri isə ölkəsinin “River Pleyt” klubu olub.
21:04 14.09.2026
Oxunuş sayı: 49