Mariya Zaxarova Rusiyanın enerji tərəfdaşı olan ölkəni açıqlayıb
Yaponiya Rusiyanın neft-qaz layihələrində iştirakını davam etdirir və Moskva ilə enerji əməkdaşlığını vacib hesab edir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, ABŞ-nin ən yaxın müttəfiqlərindən biri olmasına baxmayaraq, Yapon şirkətləri Rusiyadakı neft-qaz layihələrində iştiraklarını davam etdirirlər.
Diplomat xüsusilə yapon investorların “Saxalin-1” və “Saxalin-2” layihələrində iştirakını qoruduğunu qeyd edib.
20:31 14.09.2026
Oxunuş sayı: 52