Sərnişin təyyarənin göyərtəsində ana olub
Rusiyanın Novı Urenqoy şəhərindən olan 30 yaşlı qadın Krasnoyarskdan uçuş zamanı təyyarənin göyərtəsində oğlan uşağı dünyaya gətirib.
Crossmedia.az xəbər verir ki, Yamalo-Nenets Muxtar Dairəsinin “VKontakte”dəki rəsmi səhifəsi bu barədə məlumat yayıb.
Qadının doğuş sancıları Krasnoyarskdan Novı Urenqoya uçuş zamanı başlayıb. İlk tibbi yardımı təyyarə bələdçiləri göstərib. Ekipaj vəziyyət barədə təyinat hava limanını məlumatlandırıb.
Təyyarə yerə enəndə hava limanının feldşeri Svetlana Trapезnikova və təcili tibbi yardım briqadası – Vera Vilkova və Orxan Sadıkov sərnişini qarşılayıb. Həkimlər müayinədən sonra doğuşun təyyarənin göyərtəsində həyata keçirilməsinə qərar veriblər.
Doğuş uğurla başa çatıb. Körpənin boyu 51 santimetr, çəkisi isə 2 kiloqram 980 qram olub.
Hazırda ana və uşaq doğum evindədir. Onların həyat və sağlamlığı üçün təhlükə olmadığı bildirilib.
20:15 13.09.2026
Oxunuş sayı: 48