Tramp Ukraynanın zərbələrinə sərhəd qoydu
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə Rusiyada dizel yanacağı ilə bağlı obyektlərə zərbələri dayandırmaq çağırışı edib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Tramp bildirib ki, ABŞ-də yanacaq təchizatı ilə bağlı problemlər Yaxın Şərqdəki vəziyyətlə deyil, Rusiya-Ukrayna münaqişəsi ilə əlaqəlidir. O, Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı neft emalı zavodlarına və digər infrastruktur obyektlərinə hücumları dayandırmalı olduğunu deyib.
ABŞ prezidenti qeyd edib ki, bu cür zərbələr Rusiyanın dizel ixracına mane olur və nəticədə yanacaq çatışmazlığı yaranır. Trampın sözlərinə görə, Zelenski hədəflərə zərbələr endirə bilər, lakin dizel yanacağı ilə bağlı obyektlərə hücum etməməlidir.
19:08 13.09.2026
Oxunuş sayı: 46