Şotlandiya və Uels müstəqillik referendumları tələb edəcək
Şotlandiya, Uels və Olster liderləri Böyük Britaniyadan ayrılmaqla bağlı referendum keçirmək hüququnun verilməsini tələb edən birgə bəyannamə imzalamağa hazırlaşırlar.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə “The Sunday Telegraph” qəzetinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, sentyabrın 14-də Kardiffdə keçiriləcək görüş presedentsiz xarakter daşıyır. Nəşr razılaşmanın “Böyük Britaniyanı parçalamaq məqsədi daşıdığını” yazıb.
Bəyannamənin iqtisadiyyat, enerji, Avropa ilə münasibətlər və öz müqəddəratını təyinetmə hüququ məsələlərini əhatə edəcəyi bildirilir.
Sənəddə Böyük Britaniyanın hazırkı inzibati-siyasi subyektlərinin hamısının Avropa İttifaqının tərkibinə daxil olması ilə bağlı müddəanın da yer alacağı qeyd olunur.
16:57 13.09.2026
Oxunuş sayı: 52