Rıbakinanın qələbəsi Quberyevin diqqətini çəkib
Rusiyalı teleaparıcı Dmitri Quberyev Qazaxıstan tennisçisi Yelena Rıbakınanın ABŞ Açıq Çempionatındakı qələbəsini şərh edib və onun Rusiyada doğulmasına baxmayaraq, Qazaxıstanın idmançıya verdiyi dəstəyi vurğulayıb.
Crossmedia.az xəbər verir ki, “Sports.ru” Quberyevin sözlərinə istinadən bu barədə məlumat yayıb.
Quberyev bildirib ki, Rıbakınanın Moskvada doğulması və Rusiyada yetişməsi ilə bağlı başlıqlar düzgün yanaşma deyil. Onun sözlərinə görə, tennisçi hazırda Qazaxıstanı təmsil edir və bu ölkə onun karyerasına sərmayə qoyub.
Teleaparıcı Qazaxıstanı idmançının uğuru münasibətilə təbrik edib və Rıbakınanın qələbəsini yüksək qiymətləndirib.
Rıbakına ABŞ Açıq Çempionatının finalında Belarus təmsilçisi Arina Sabalenkanı 6:4, 5:7, 6:2 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Qazaxıstanı təmsil edən tennisçi ilk dəfə WTA reytinqində birinci pilləyə yüksələcək.
Rıbakına Moskvada doğulub və 2018-ci ilə qədər Rusiyanı təmsil edib. Daha sonra idman vətəndaşlığını dəyişərək Qazaxıstanın adından çıxış etməyə başlayıb.
20:26 13.09.2026
Oxunuş sayı: 50