İran Hörmüzlə bağlı yeni planını açıqladı
İranın xarici işlər naziri Abbas Əraqçi və regionun ərəb ölkələrinin xarici işlər nazirləri Hörmüz boğazından keçid və gəmiçiliklə bağlı çərçivə razılaşmasını müzakirə etmək üçün sabah Omanın paytaxtı Maskatda görüşəcəklər.
Crossmedia.az xəbər verir ki, “Caliber.Az” bu barədə məlumat yayıb.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran Omanla artıq danışıqlar aparıb və gəmiçiliyin həyata keçirilməsi üçün konkret çərçivə üzrə razılıq əldə edib. Onun sözlərinə görə, ABŞ hücumlarını dayandıracağı təqdirdə, beynəlxalq hüquqa uyğun olaraq yeni marşrut açılacaq.
Pezeşkian İranın regional təhlükəsizliyin təmin edilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qonşu ölkələrlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Abbas Əraqçi isə görüşün əsas mövzusunun Hörmüz boğazından keçəcək yeni dəniz marşrutu olacağını deyib. Nazir Omanla əldə olunan razılaşmanın detalları və yeni marşrutun xəritələrinin iştirakçı ölkələrə təqdim ediləcəyini bildirib.
Əraqçinin sözlərinə görə, Omanla razılaşma Hörmüz boğazının yenidən açılması anlamına gəlmir. İranın boğazın tam açılması üçün əsas şərti ABŞ-nin İslamabad anlaşma memorandumunda üzərinə götürdüyü öhdəliklərə qayıtmasıdır.
Hazırda region ölkələri arasında yalnız Bəhreyn Omanda keçiriləcək görüşdə iştirak etməyəcəyini açıqlayıb.
19:13 13.09.2026
Oxunuş sayı: 44