Zelenski Rusiyanın 20 gəmisinə və 29 şirkətinə sanksiya tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft və neft məhsullarının ixracında istifadə etdiyi 20 dəniz gəmisinə və 29 şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, “Novini.LIVE” bu barədə məlumat yayıb.
Zelenskinin imzaladığı fərmanlara əsasən, sanksiyalar Rusiyanın neft, neft məhsulları və mayeləşdirilmiş qaz ixracında istifadə etdiyi 20 dəniz gəmisinə şamil olunub.
Bundan əlavə, 29 Rusiya şirkətinə qarşı da məhdudiyyətlər tətbiq edilib. Siyahıya yüksək dəqiqlikli sənaye avadanlıqları, elektronika, raket və pilotsuz uçuş aparatlarının istehsalı üçün komponentlərin tədarük zəncirinə daxil olan müəssisələrin də salındığı bildirilir.
21:49 13.09.2026
Oxunuş sayı: 49