Kiyevin cəbhədə əsas problemi üzə çıxdı
Rusiya Ukrayna Silahlı Qüvvələrinin təchizat zəncirini zəiflədib və döyüşlərin “dondurulması”na razı olmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnikə məlumat yayıb.
Kolesnikin sözlərinə görə, belə bir atəşkəs Ukrayna tərəfinə logistikanı bərpa etmək və qüvvələrini yenidən qruplaşdırmaq imkanı verə bilər.
O bildirib ki, Ukrayna hərbçiləri yanacaq və silah çatışmazlığı, həmçinin zəruri rotasiyanın həyata keçirilməməsi ilə bağlı problemlərlə üzləşirlər. Deputatın fikrincə, döyüşlərin dayandırılması Kiyevə qüvvələrini yenidən toplamaq və əlavə resurslar cəlb etmək imkanı yaradardı.
Kolesnik həmçinin qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə son görüşdə təmas xəttində münaqişənin “dondurulması” məsələsini gündəmə gətirməyib. Onun fikrincə, bunun mümkün olmayacağı aydındır.
19:21 13.09.2026
Oxunuş sayı: 45