Kanada Avropaya yönəlir
Kanada Avropa İttifaqının assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir. Baş nazir Mark Karni Aİ ilə iqtisadi və strateji əlaqələrin gücləndirilməsində maraqlıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu təşəbbüs Kanada ilə ABŞ arasında ticarət münasibətlərinin son dövrdə pisləşməsi fonunda gündəmə gəlib. Tərəflər arasında müzakirələrdə malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkəti əsas istiqamətlərdən biri kimi nəzərdən keçirilir.
Bundan əlavə, enerji və texnologiya sahələrində daha dərin əməkdaşlıq imkanlarının araşdırıldığı bildirilir.
19:17 13.09.2026
Oxunuş sayı: 47