Ərdoğan İsrail üçün rəqibə çevrilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin ABŞ və ərəb dünyasındakı təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, “Calcalist” bu barədə məlumat yayıb.
Məqalədə Ərdoğanın Türkiyəni Yaxın Şərqdə gözardı edilməsi çətin olan aktora çevirdiyi, İsrail üçün isə regionda getdikcə daha çox nüfuza malik rəqib olduğu qeyd edilib.
Yazıda Tel-Əvivlə Ankara arasındakı münasibətlərin bu il də pisləşməkdə davam etdiyi bildirilib. İqtisadiyyat, ticarət və aviasiya sahələrində iki ölkə arasında münasibətlərin, demək olar ki, tamamilə kəsildiyi vurğulanıb.
“Calcalist” Türkiyə Ticarət Nazirliyinin məlumatlarına istinadən yazıb ki, İsraillə birbaşa ticarət 2024-cü ilin mayından etibarən sıfır səviyyəsindədir.
Məqalədə həmçinin Ərdoğanın bu ili regional müstəvidə daha güclü və İsrailə qarşı daha sərt mövqedə başa vurduğu bildirilib.
Yazıda İsrail və Türkiyə arasındakı fikir ayrılıqlarının Suriya ərazisinə də yayıldığı qeyd edilib.
20:04 13.09.2026
Oxunuş sayı: 45